• Bakı 15° C

    7.08 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

6 ay əvvəl ana olan Aygül özünü niyə öldürüb? - TƏFƏRRÜAT (YENİLƏNİB)

HADİSƏ

07 Iyul 2022 | 18:00

6 ay əvvəl ana olan Aygül özünü niyə öldürüb? - TƏFƏRRÜAT (YENİLƏNİB)

Bu gün Şəkidə 26 yaşlı Aygül Əhmədovanın meyitinin süni göldə tapılması hadisəsinin təfərrüatı üzə çıxıb.

Bakıvaxtı.az qafqazinfo-ya istinadən xəbər verir ki, ilkin araşdırmalardan sonra 1996-cı il təvəllüdlü Aygül Əhmədovanın intihar etdiyi müəyyən olunub.

Məlum olub ki, qadın 6 ay əvvəl ana olub. Lakin doğuşdan sonra gənc ananın mənəvi problemləri yaranıb, onda ruhi-psixoloji pozuntular müşahidə edilib. O, müalicə məqsədilə ixtisaslaşmış xəstəxanaya yerləşdirilib. Bu müddət ərzində isə Aygül dəfələrlə intihara cəhd edib, lakin hər dəfə yaxınları onun cəhdlərinin qarşısını alıblar.

Bir neçə gün əvvəl isə A.Əhmədova körpəsi ilə birlikdə doğulub böyüdüyü Şəkinin Baş Göynük kəndinə aparılıb. 6 aydır yaxınlarının diqqəti altında olan qız bu gün ayaqyoluna getmək adı ilə həyətə düşüb. Ailə üzvləri bir neçə dəqiqə sonra onun ardınca getsələr də, A.Əhmədovanın ayaqyolunda olmadığı məlum olub. Az sonra isə onun özünü həyətin digər istiqamətindəki kiçik süni suvarma gölünə ataraq intihar etməsi məlum olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

*** 15:47

Şəkidə süni göldə qadın meyiti aşkarlanıb.

Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, bu gün rayonun Baş Göynük kənd ərazisində süni göldə həmin kəndin sakini, 1996-cı il təvəllüdlü Aygül Sərdar qızı Əhmədovanın meyiti tapılıb. Qadının hansı səbəbdən suda boğulması məlum deyil.

Faktla bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR