• Bakı 24° C

    0.92 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

DİN-dən Sumqayıtdakı qətllə bağlı MƏLUMAT

HADİSƏ

09 May 2022 | 12:10

DİN-dən Sumqayıtdakı qətllə bağlı MƏLUMAT

Daxili İşlər Nazirliyi (DİN) Sumqayıtda qadının qətli ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat Xidmətindən Bakıvaxtı.az-a daxil olan məlumayda deyilir:

"Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə mayın 8-də Qurd dərəsi bağlar sahəsindəki evlərin birində 41 yaşlı İlahə İsgəndərovanın öldürülməsi, anası İ.Nağıyevaya isə bıçaq xəsarətləri yetirilməsi barədə məlumat daxil olub.

Şəhərin polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Araşdırmalarla həmin gün saat 15 radələrində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Tofiq Həsənovun münaqişə zəminində bıçaqla həyat yoldaşını öldürməsi, qayınanasına isə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

T.Həsənov polis əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib.

Araşdırma aparılır".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Sentyabr 2026