Bakının Xəzər rayonunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Bakıvaxtı.az apa-ya istinadla xəbər verir ki, hadisə aeroport şossesində Milli Aviasiya Akademiyasının qarşısında baş verib.
Zəncirvari qəza zamanı “Mercedes”, “VAZ 2107” və “Opel” markalı avtomobillər toqquşub.
Qəza nəticəsində ümumilikdə 6 nəfər xəsarət alaraq 3 nömrəli şəhər xəstəxanasına yerləşdirilib.
Həkimlərin verdiyi məlumata görə, yaralılardan üçünün vəziyyəti ağırdır.
Faktı Xəzər Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.
















