• Bakı 14° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Qəzada ölən azərbaycanlı iş adamı Afrikada dəfn edildi

HADİSƏ

09 May 2022 | 21:20 | Müəllif: Subhan Mahmudov

Qəzada ölən azərbaycanlı iş adamı Afrikada dəfn edildi

Xəbər verdiyimiz kimi, ötən gün Afrikada yerləşən Mali Respublikasında azərbaycanlı iş adamı Məmmədpaşa Axundov yol qəzasında vəfat edib.

Bakıvaxtı.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, qızıl mədənçiliyi ilə məşğul olan "Arifoglu Gold" MMC-nin rəhbərinin nəşi qısa müddətdə ölkəyə gətirilməsi mümkün olmadığından o, Malidə dəfn edilib.

Yaxınlarının bildirdiyinə görə, M.Axundov daha əvvəl Almaniyada yaşayıb və sonradan Mavritaniya Respublikasında qızılçıxarma şirkəti qurub. Onunla birgə bir neçə azərbaycanlı da orada şirkətin idarə edilməsində iştirak edib.Onlar baş vermiş qəzada şübhəli məqamların olduğunu qeyd ediblər.

Qeyd edək ki, Məmmədpaşa Axundov həm də xeyriyyəçi kimi tanınıb. Onun rəhbərliyi altında Afrika ölkələrində 40 su quyusu, xəstəxana, məscid və məktəblər tikilərək istifadəyə verilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026