• Bakı 8° C

    2.85 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Uşaq bağçasında azyaşlıya zorakılıq edilməsi araşdırılır

HADİSƏ

08 Iyun 2022 | 13:31

Uşaq bağçasında azyaşlıya zorakılıq edilməsi araşdırılır

Şamaxıda uşaq bağçasında azyaşlıya qarşı zorakılıq edilib.

Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, sosial şəbəkədə Şamaxı şəhər 3 saylı uşaq bağçasının aşpazının ad günü münasibətilə təşkil olunan mərasimdə tort kəsilərkən uşağın saçından dartması barədə video görüntülər yayılıb. Araşdırmalar zamanı məlum ki, bağçanın aşpazı Balkiyeva Sevinc Balağa qızı 2017-ci il təvəllüdlü qızın saçından tutaraq dartıb. Bu isə bağçada azyaşlıya qarşı zorakılıq kimi qiymətləndirilib.

Məsələ ilə bağlı Təhsil Nazirliyinin nümayəndələri bağçaya gəlib, araşdırma aparılır. Araşdırma başa çatdıqdan sonra nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026