Oğuzda dağda 43 yaşlı kişinin meyiti tapılıb.
Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Xalxal kəndində baş verib.
Kənd sakini, 1979-cu il təvəllüdlü Dağlar Namizəd oğlu Həmidov dağda ölü vəziyyətdə aşkarlanıb. Hazırda əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyitin dağlıq ərazidən götürülməsi istiqamətində işlər aparılır.
Faktla bağlı araşdırma aparılır.
















