Baş Prokurorluq Tərtərdə mina partlayışı barədə məlumat yayıb.
Baş Prokurorluğun mətbuat xidmətindən Bakıvaxtı.az-a bildirilib ki, Tərtər rayonunun Həsənqaya kəndi ərazisində kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan 1976-cı il təvəllüdlü Həsənov Elnur Tofiq oğlu piyada əleyhinə mina partlaması nəticəsində ağır dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı Tərtər rayon Prokurorluğunda araşdırma aparılır.
***
13:38
Tərtərdə mina partlayışı olub.
Bakıvaxtı.az APA-ya istinadən bildirir ki, Goranboy rayon sakini Həsənov Elnur Tofiq oğlu kənd ərazisində qoyun otararkən minaya düşüb.
Elnur Həsənov xəstəxanaya yerləşdirilib.
Yaralının hər iki ayağının aşağı hissəsi travmatik amputasiya olunub.

















