• Bakı 9° C

    1 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Axtarışda olan 64 nəfər saxlanılıb

HADİSƏ

11 Mart 2022 | 08:57 | Müəllif: Qalib İbrahimoğlu

Axtarışda olan 64 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilən 68 cinayətin üstü “isti izlər”lə açılıb.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyindən bildirilib.

Verilən xəbərə görə, əvvəlki dövrlərdən bağlı qalmış 9 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 64 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 43 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 35, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 73 nəfər saxlanılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026