Meral Akşenerin sədri olduöu “İYİ Partiya” “altılı masa”nı tərk edib.
Bakıvaxtı.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu qərar "İYİ Partiya"nın İdarə Heyətinin bugünkü iclasında qəbul edilib.
Akşenerin sözlərinə görə, partiyası Ankara Böyük şəhər Bələdiyyəsinin sədri Mansur Yavaş və İstanbul Böyük şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun namizədliyini dəstəkləsə də, “altılı masa” bunu yekdilliklə rədd edib. “İyi Partiya”dan başqa, yerdə qalan 5 partiya CHP lideri Kamal Kılıcdaroğlunun namizədliyini dəstəkləyib.
"Buna boyun əyməyəcəyik" deyən Akşener “altılı masa”nı tərk etdiklərini bəyan edib.
Murad Məmmədli















