• Bakı 12° C

    6.56 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Akşener niyə getdi, niyə döndü?

SİYASƏT

07 Mart 2023 | 16:25 | Müəllif: Qalib İbrahimoğlu

Akşener niyə getdi, niyə döndü?

“İYİ Partiya”nın sədri Meral Akşener “altılı masa”nı tərk edəndən 3 gün sonra geri döndü. Dönməyi ilə də müxakifətin vahid namizədi məsələsi müzakirə oludu və CHP lideri Kamal Kılıçdaroğlu müxalifətin vahid namizədi oldu.

İndi Türkiyə daha çox vahid namizəd məsələsindən çox, “İYİ Partiya” sədrinin “altılı masa”nı tərk edib, çox çəkmədən geri qayıtması maraqlandırır. Akşener niyə getdi, niyə döndü?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq İqtay Qasımov bildirib ki, Meral Akşenerin “altılı masa”dan ayrıldıqdan sonra geri dönməsi uzun müddət müzakirə olunacaq: “Türkiyədə baş verən prosesləri diqqətlə izləyən bütün analitiklər o fikirdədir ki, Akşenerin prezident seçkilərində ağlındakı iki şəxsdən biri Ankara Böyük Bələdiyyə başqanı Mənsur Yavaş, digəri isə İstanbul Böyük Bələdiyyə başqanı Ekrem İmamoğlu idi. Meral Akşener düşünürdü ki, bu iki şəxsdən biri prezidentliyə namizəd olarsa, daha geniş kütlə və siyasi qüvvələri bir araya gətirə bilər və qələbə şansı daha çox olar. Amma ötən həftə “altılı masa”da Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlunun namizədlik məsələsi qətiləşdikdən sonra Meral Akşener ani bir çıxışla bu qərara qatılmadığını elan etdi. O, hər iki bələdiyyə sədrini münasibət bildirməyə dəvət etdi. Akşener bu açıqlamaları verərkən qapını sərt şəkildə çırpıb getmişdi”.

Oqtay Qasımov, politoloq

Onun sözlərinə görə, diqqətli izləyicilər bilir ki, həm Meral Akşener, həm də onun yaxın müşavirləri və silahdaşlarının açıqlamalarında uzlaşmaya gedə biləcəkləri ilə bağlı müəyyən siqnallar var: “Düşünürəm ki, Meral Akşenerin geri qayıtmasında böyük bələdiyyə başqanlarının da rolu var. İtanbul və Ankara bələdiyyə başqanları həm də Meral Akşenerə yaxın şəxslər sayılırlar. Dünənki görüşdə Ankara Böyük Bələdiyyə sədri Mənsur Yavaşın açıqlamasına diqqət yetirsək, görərik ki, o,“biz “Millət İttifaqı”nın bələdiyyə başqanlayırıq” deyə müraciət etdi. Yəni yalnız CHP-nin deyil, həm də “İYİ Partiya” və digər koalisiyada olan partiyaların bələdiyyə başqanları olduğunu söylədi”.

Müsahibimiz bildirib ki, dünən Meral Akşenerin təklifi qəbul olunduğundan o, masaya geri dönüb: “Təklif ondan ibarət idi ki, Ankara və İstanbul Böyük Bələdiyyə başqanları Kılıçdaroğlu prezident seçiləcəyi təqdirdə vitse-prezidentlər olsunlar. Təklif qəbul olunduğu üçün Meral Akşener döndü və Kamal Kılıçdaroğlunun namizədliyini dəstəklədi”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026