• Bakı 11° C

    0.75 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Xankəndi-Laçın yolunda aksiya 116 gündür davam edir

SİYASƏT

06 Aprel 2023 | 08:34 | Müəllif: Qalib İbrahimoğlu

Xankəndi-Laçın yolunda aksiya 116 gündür davam edir

Azərbaycanlı eko-fəaların Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində keçirdikləri dinc aksiya davam edir.

Bakıvaxtı.az xəbər verir ki, bu gün aksiyanın 116-cı günüdür.

Aksiyanı gecə saatlarında da davam etdirən iştirakçıları növbəti günə adəti üzrə Azərbaycanın Dövlət Himnini səsləndirməklə başlayıblar.

Aksiyada Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılması, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsi tələb edilir.

İştirakçılar Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılması ilə bağlı Azərbaycan, rus və ingilis dillərində mütəmadi olaraq plakatlar qaldırır, “Azərbaycan milləti qoruyacaq sərvəti!”, “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekocinayətə son!” kimi şüarlar səsləndirirlər.

Qeyd edək ki, aksiya ötən il dekabrın 12-dən başlayıb.

İsmayıl Alısoy


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026