• Bakı 14° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Alfonso üçün mövsüm bitdi

İDMAN

24 Aprel 2023 | 13:40

Alfonso üçün mövsüm bitdi

Almaniyanın “Bavariya” klubunun aparıcı futbolçusu Alfonso Devis üçün mövsüm başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, buna səbəb 22 yaşlı müdafiəçinin Bundesliqanın XXIX turunda “Maynts”la oyunda zədələnməsidir.

Komandasının 1:3 hesabı ilə məğlub olduğu qarşılaşmanın 9-cu dəqiqəsində əvəzlənən Kanada millisinin üzvünün əzələsində əzilmə aşkarlanıb. Klubun həkimi Devisin bərpasının təxminən 6 həftə çəkəcəyini açıqlayıb. Bu isə onun mövsümü erkən başa vurması anlamına gəlir.

Qeyd edək ki, Alfonso Devis bu mövsüm “Bavariya”nın heyətində bütün turnirlərdə 37 oyunda iştirak edib, 3 qol, 7 assistlə yadda qalıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026