• Bakı 17° C

    6.29 m/s

  • USD - 1.7

    EUR - 1.9023

    RUB - 2.0943

ANAMA: “Son bir həftədə 35 mina tapılıb”

CƏMİYYƏT

10 May 2021 | 10:51

ANAMA: “Son bir həftədə 35 mina tapılıb”

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatları açıqlayıb.

ANAMA-dan Bakıvaxtı.az-a bildirilib ki, mayın 3-dən 8-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 23, tank əleyhinə 12 mina və 104 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 922 816 m² (93 hektar) ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR