• Bakı 12° C

    3.45 m/s

  • USD - 1.7

    EUR - 1.9

    RUB - 2.1118

Şəhidimizin qız övladı dünyaya gəldi

CƏMİYYƏT

09 Iyun 2021 | 00:39

Şəhidimizin qız övladı dünyaya gəldi

Vətən müharibəsində torpaqlarımızı işğalçılardan azad edərkən şəhidlik zirvəsinə ucalan Fərid Nağıyevin qız övladı dünyaya gəlib. Yeni doğulan körpəyə atasının arzusuna uyğun olaraq Anay adı verilib.

Bakıvaxtı.az xəbər verir ki, Yevlax Şəhər İcra Hakimiyyətinin nümayəndələri şəhidin həyat yoldaşını və körpəni ziyarət ediblər. Körpənin doğumu münasibətilə ailə üzvlərinə göz aydınlığı verilib, onlara hədiyyələr təqdim olunub. Ailə üzvləri onlara göstərilən qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Qeyd olunub ki, ölkəmizdə şəhid ailələri və qazilərin qayğıları Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim diqqət mərkəzindədir.

Xəstəxanadan evə gəlmiş ana və uşaq hazırda özlərini yaxşı hiss edirlər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

03 Noyabr 2026