• Bakı 8° C

    11.82 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Anastasiya Atepalina "Gəncə"də

İDMAN

03 Sentyabr 2024 | 15:04 | Müəllif: Əli Hüseynov

Anastasiya Atepalina "Gəncə"də

“Gəncə” voleybol klubu heyətini əcnəbi oyunçu ilə gücləndirib.

Bakıvaxtı.az xəbər verir ki, qərb təmsilçisi rusiyalı voleybolçu Anastasiya Atepalina ilə birillik müqavilə imzalayıb.

Ötən mövsümü Fransanın “Argentier 95” klubunda keçirən voleybolçu daha əvvəl Albaniyanın “Tirana” və “Skenderbeu” kollektivilərində forma geyinib, Rusiyanın “Lokomotiv Angara” və “Yaroslavna TMZ” komandalarının şərəfini qoruyub.

Qeyd edək ki, “Gəncə” bunadək yerli voleybolçular Yuliya Kərimova, Nərminə Musayeva, Fidan Azayeva, Amina Ramazanova, Asiyat Abuyeva və Xanım Cəlilovanı heyətinə qatıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026