• Bakı 12° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Avroliqa: "Qarabağ" "Malmö" ilə üz-üzə

İDMAN

03 Oktyabr 2024 | 10:38 | Müəllif: Əli Hüseynov

Avroliqa: "Qarabağ" "Malmö" ilə üz-üzə

Bu gün UEFA Avropa Liqasının Liqa mərhələsində 2-ci turun oyunları keçiriləcək.

Bakıvaxtı.az xəbər verirki, turnirdəki təmsilçimiz “Qarabağ” öz meydanında İsveçin ən titullu komandası, 23 qat ölkə çempionu, o cümlədən son mövsümün qalibi “Malmö” ilə üz-üzə gələcək:

"Köhlən atlar"dan nələr gözlənilir?

Futbol mütəxəssisi, idman jurnalisti Ceyhun Məmmədov Bakıvaxtı.az-a bildirib ki, “köhlən atlar” cari mövsüm avrokuboklarda mübarizəyə inamlı qələbələrlə başlasa da, UEFA Çempionlar Liqasının pley-offunda “Dinamo Zaqreb”lə matçları da nəzərə alsaq, qol vurulmadan bitən 3 matçda nəticə ürəkaçan olmayıb. “Tottenhem” səfərindəki matçda mümkün olan ən yaxşı ssenari ilə başlayan “Qarabağ” fürsətlərdən yararlanmaqla yanaşı, müdafiədəki kobud səhvlərin yekununda lazımsız toplar buraxdı.

Ceyhun Məmmədov, idman jurnalisti

Ceyhun Məmmədovun sözlərinə görə, “Malmö” ilə görüşdə Kevin Medina, Marko Yankoviçin də əsas heyətdə yer almaq ehtimalının yüksək olacağını nəzərə alsaq, kobud səhvlərin azalacağını və hücuma daha effektiv çıxılacağını düşünmək olar. Müsahibimiz qeyd edib ki, Azərbaycan və İsveç klubları indiyədək 8 dəfə üz-üzə gəliblər ki, bu oyunlarda da təmsilçilərimiz böyük üstünlüyü diqqət çəkib:

"6 qələbə qazanan komandalarımız cəmi 2 dəfə uduzublar. Maraqlıdır ki, 8 matçın heç birində bərabərlik qeydə alınmayıb. 10 qol vuran klublarımız 3 top buraxıblar. Bu 8 oyundan 6-sı “Qarabağ”ın aktivindədir ki, Qurban Qurbanovun yetirmələri 5 dəfə qalib gəlib və yalnız bir dəfə uduzub".

İdman jurnalisti vurğulayıb ki, “Malmö” Bakıda avrokuboklarda iştirakı tarixində 100-cü rəqibi ilə qarşılaşacaq. O, İsveç təmsilçisi ilə bağlı fikirlərini də bəyan edib.

"Hazırda ölkə çempionatını 56 xallı lideri olan “Malmö” keçirdiyi 25 oyunda 17 qələbə qazanıb, 5 dəfə heç-heçə edib və 3 dəfə uduzub. Komanda “Allsvenskan”da son görüşündə də 2 cavabsız qolla qalib olub. Digər rəqiblərlə müqayisədə “İsveç divləri" 3 xal qazanmaq üçün ideal komanda sayıla bilər",- müsahibimiz diqqətə çatdırıb.

Son olaraq ekspert oyunun nəticəsi ilə bağlı öz təxminini bölüşüb:

"Arzu və istəyimiz “Qarabağ”ın qələbəsi yönündədir. Hesab təxminim isə təmsilçimizin 3:1 hesablı qələbəsindən yanadır".

Qeyd edək ki, oyun bu gün - oktyabrın 3-də Bakı vaxtı ilə saat 20:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

Oyunu Yunanıstandan olan hakimlər briqadası idarə edəcək.

İlk turdan sonra komandaların hər ikisi xalsızdır. Ağdam klubu ötən tur səfərdə “Tottenhem”ə (0:3), “Malmö” isə öz meydanında “Reyncers”ə uduzub (0:2).

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026