• Bakı 26° C

    7.48 m/s

  • USD - 1.7

    EUR - 1.9944

    RUB - 2.1616

Salah ÇL-da ən çox qol vuran afrikalı futbolçudur

İDMAN

03 Oktyabr 2024 | 11:38

Salah ÇL-da ən çox qol vuran afrikalı futbolçudur

İngiltərənin "Liverpul" komandasının hücumçusu Məhəmməd Salah UEFA Çempionlar Liqasında ən çox qol vuran afrikalı futbolçu olub.

Bakıvaxtı.az xəbər verir ki, 32 yaşlı futbolçu bunu turnirin Liqa mərhələsinin II turunda İtaliya təmsilçisi "Boloniya" ilə matçda reallaşdırıb.

Bu, vingerin sözügedən yarışda 45-ci qolu olub. Misirli futbolçu İngiltərənin digər təmsilçisi "Çelsi"nin sabiq futbolçusu Didye Droqbanı geridə qoyub. Fil Dişi Sahilindən olan sabiq hücumçu UEFA Çempionlar Liqasında 44 qol vurmuşdu.

Qeyd edək ki, "Liverpul" - "Boloniya" görüşü meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.


SON XƏBƏRLƏR

30 Iyun 2025