• Bakı 27° C

    6.57 m/s

  • USD - 1.7

    EUR - 2.0001

    RUB - 2.1587

“Ordu”nun kapitanı: “İnanıram ki, 1-ci yeri tutacağıq”

İDMAN

03 Oktyabr 2024 | 14:45

“Ordu”nun kapitanı: “İnanıram ki, 1-ci yeri tutacağıq”

“Ordu” yeni yaranıb. Kollektivimiz təzədir, ona görə də müəyyən çətinliklərimiz var”.

Bakıvaxtı.az xəbər verir ki, bunu “Ordu”nun basketbolçusu Rüstəm Əliyev deyib.

Komandasının kapitanı mövsümə hazırlıqlarını dəyərləndirib: “Yaxşı basketbolçular transfer etmişik. İstər yerli, istərsə də əcnəbi oyunçularımız istedadlıdırlar. Mövsüm çox çətin keçəcək. Çünki digər komandalar da xeyli gücləniblər. Bununla belə, inanıram ki, debütant olmağımıza baxmayaraq, B qrupunda yaxşı nəticə göstərib 1-ci yeri tutacağıq”.

Qeyd edək ki, “Ordu” mövsümün ilk oyununu oktyabrın 20-də “Sumqayıt”a qarşı keçirəcək. /İdman.biz


SON XƏBƏRLƏR

07 Iyul 2025