• Bakı 14° C

    2.36 m/s

  • USD - 1.7

    EUR - 1.8364

    RUB - 0.0177

"Araz-Naxçıvan" növbəti transferini reallaşdırıb

İDMAN

10 Iyul 2024 | 12:47

Araz-Naxçıvan növbəti transferini reallaşdırıb

Təlim-məşq toplanışının ikinci mərhələsi üçün bu gün Türkiyəyə yollanan “Araz-Naxçıvan” növbəti transferini həyata keçirib.

Bakıvaxtı.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Naxçıvan təmsilçisi Felipe Santosu heyətinə qatıb.

Braziliyalı yarımmüdafiəçi ilə anlaşmanın müddəti 1 ildir. 27 yaşlı futbolçu “qırmızı-ağlar”ın düşərgəsinə Ərzurumda qoşulacaq.

Yerli azarkeşlər üçün tanış sima olan və yarımmüdafiənin hər iki cinahında oynamağı bacaran Felipe Santosun son klubu İsrail “Hapoel"i (Hayfa) olub. Karyerasına vətənində başlayan futbolçu “Palmeyras”ın uğurları üçün tər töküb. 2018-ci ildə yolunu Sloveniya çempionatına salan Santos əvvəlcə “Ankaran”, sonra isə “Maribor”un heyətində yer alıb. O, “Maribor”dan sonra Azərbaycana gəlib. “Şamaxı”nın formasını geyinib, sonra “Qəbələ”nin uğurları üçün çalışıb.

 


SON XƏBƏRLƏR