• Bakı 15° C

    0.38 m/s

  • USD - 1.7

    EUR - 1.977

    RUB - 2.3795

Arne Slot “Liverpul”dan getdi

İDMAN

30 May 2026 | 19:32

Arne Slot “Liverpul”dan getdi

“Liverpul” rəhbərliyi baş məşqçi Arne Slotun vəzifəsindən ayrılması barədə rəsmi bəyanat yayıb.

Bakıvaxtı.az xəbər verir ki, klubun sosial şəbəkə hesablarında paylaşılan bəyanatda rəhbərliyin niderlandlı mütəxəssisə dərin hörmət və minnətdarlığı ifadə olunub.

Bəyanatda Mersisayd təmsilçisi A. Slotun kluba qazandırdığı uğurları, həmçinin iki il ərzində komandanın baş məşqçisi kimi nümayiş etdirdiyi liderlik keyfiyyətlərini yüksək qiymətləndirdiyini vurğulayıb.

Qeyd edək ki, 2024-cü ildə kluba gələrək ilk mövsümündə komandanı çempion edən A. Slotun ikinci ili olduqca gərgin keçib. Bu il “Liverpul” mövsümü 5-ci pillədə başa vuraraq Çempionlar Liqasına vəsiqəni çətinliklə təmin edib.


SON XƏBƏRLƏR

29 May 2026