Bloger Ata Abdullayevin barəsində cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Bakıvaxtı.az-ın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.
Daha sonra təqsirləndirilən şəxsin vəkili həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatət verib. Vəsatət təmin edilməyib. Daha sonra prosesdə Ata Abdullayev çıxış edib. O, ittihamlarla razı olmadığını deyib.
Məhkəmənin baxış iclası oktyabrın 19-na təyin edilib.
Qeyd edək ki, A. Abdullayev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən bu ilin mart ayında saxlanılıb.
O, Cinayət Məcəlləsinin 182.2.2 (hədə-qorxu ilə pul tələb etmə) maddəsi ilə ittiham edilərək bəsində Səbail rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə 4 nəfər-Əliyev Elmar Ziyafət oğlu, Babayev Cəmil Alim oğlu, Əliyev Elçin Qulamağa oğlu və Həsənov Şahlar Şahmar oğlu zərərçəkmiş qismində tanınıb.
















