• Bakı 21° C

    2.45 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Avropa Liqasında ilk yarımfinalçı bəlli oldu

İDMAN

14 Aprel 2022 | 22:46 | Müəllif: Subhan Mahmudov

Avropa Liqasında ilk yarımfinalçı bəlli oldu

UEFA Avropa Liqasında yarımfinalın ilk iştirakçısı bəlli olub.

Bakıvaxtı.az xəbər verir ki, 1/4 final mərhələsinin cavab oyununda İtaliyada "Atalanta"nı 2:0 hesabı ilə məğlub edən Almaniya "Leyptsiq"i adını növbəti raunda yazdırıb. Qolları 18-ci və 87-ci dəqiqələrdə Kristofer Nkunku vurub. İlk görüşdə qalib müəyyənləşməmişdi.

Bundesliqa təmsilçisi finala gedən yolda "Braqa" (Portuqaliya) - "Reyncers" (Şotlandiya) cütünün güclüsü ilə üz-üzə gələcək. Yarımfinal qarşılaşmaları aprelin 28-də və mayın 5-də olacaq.

Qeyd edək ki, 1/4 finalın digər 3 cavab oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Sentyabr 2026
12 Sentyabr 2026