• Bakı 13° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

“Fənərbağça”nın bu oyunçusu Meksikaya gedə bilər

İDMAN

13 May 2022 | 23:04 | Müəllif: Qalib İbrahimoğlu

“Fənərbağça”nın bu oyunçusu Meksikaya gedə bilər

“Fənərbağça”nın heyətindən kənarlaşdırıldıqdan sonra Acun Ilıcalının sahibi olduğu “Hall Siti”də adı hallanan Məsut Özillə bağlı yeni iddia ortaya atılıb.

Bakıvaxtı.az xəbər verir ki, “Fox Deportes”in məlumatına görə, Mayaminin “Inter” klubu və “Hall Siti” klubları Məsut Özil üçün iki alternativ olaraq qalarkən, ulduz futbolçu investorları arasında olduğu “Nekaksa” klubuna transfer oluna bilər.

Xəbərdə Özilin səhmdarları arasında olduğu “Nekaksa”ya keçəcəyi təqdirdə təkcə klubun deyil, liqanın da taleyinin dəyişə biləcəyi bildirilib.

Qeyd edilir ki, Mesut Özil Meksika futboluna böyük təsir göstərə bilər və “O, Ronaldinyo kimi Queretaroda inqilab yarada bilər” (oxu.az). Özilin mümkün yeni ünvanları arasında ən ciddi iddiaçıların “Hall Siti” və Mayaminin “Inter” klubu olduğu da xatırladılıb.

Qeyd edək ki, “Fənərbağça”nın ulduz futbolçusu Məsut Özil aralarında məşhur amerikalı aktrisa Eva Lonqoria, məşhur model Keyt Apton və həyat yoldaşı Castin Verlander, NBA ulduzu Viktor Oladipo da daxil olmaqla bir qrup investorla birlikdə Meksikanın 1-ci Liqa komandası “Nekaksa”nın 50%-ni satın alıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026