• Bakı 18° C

    3.01 m/s

Avropada daşqınlar: ölənlərin sayı 20-yə çatıb

DÜNYA

17 Sentyabr 2024 | 17:01 | Müəllif: Əli Hüseynov

Avropada daşqınlar: ölənlərin sayı 20-yə çatıb

Avropa ölkələrində leysan yağışların səbəb olduğu daşqınlarda həyatını itirənlərin sayı 20-yə yüksəlib.

Bakıvaxtı.az xəbər verir ki, Rumıniyada ölənlərin sayı 7-yə yüksəlib. Avstriyada daşqınlar nəticəsində ölənlərin sayı 5 nəfər olub.

Çexiyada isə ölənlərin sayı 3 olaraq açıqlanıb. Polşada 5 nəfərin həyatını itirdiyi bildirilib.

Macarıstan və Polşada çay bəndlərini qum torbaları ilə möhkəmləndirmək üçün əsgərlər yerləşdirilib. Hər iki ölkədə bir çox tarixi bina müvəqqəti olaraq bağlanıb.

Polşada hökumət daşqınlardan ən çox zərər çəkmiş cənub rayonlarında təbii fəlakət vəziyyəti elan edib.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Oktyabr 2026