• Bakı 16° C

    1.01 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

Azad edilmiş ərazilərdə bu qədər mina zərərsizləşdirilib

CƏMİYYƏT

05 Avqust 2024 | 15:15 | Müəllif: Əli Hüseynov

Azad edilmiş ərazilərdə bu qədər mina zərərsizləşdirilib

Azad olunan ərazilərdə 29 iyul - 4 avqust 87 tank əleyhinə mina, 280 piyada əleyhinə mina, 8086 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Bakıvaxtı.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.

Məlumata əsasən, 2790 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) həyata keçirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Oktyabr 2026