İşğaldan azad olunan ərazilərdə 3 gömrük postu yaradılıb.
Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev sosial şəbəkədə paylaşım edib.
Komitə sədri bildirib ki, azad olunan ərazilərdə gömrük xidmətinin təşkili üçün Qubadlı rayonu ərazisində “Qubadlı”, Zəngilan rayonu ərazisində “Qazançı” və Füzuli rayonu ərazisində isə “Füzuli beynəlxalq hava limanı” gömrük postları yaradılaraq istifadəyə verilib.
Ramid İbrahimov
















