• Bakı 14° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Bu tərəvəzlərdən daha çox istifadə edin - Mütəxəssis MƏSLƏHƏTİ

CƏMİYYƏT

24 Fevral 2022 | 19:20

Bu tərəvəzlərdən daha çox istifadə edin - Mütəxəssis MƏSLƏHƏTİ

Son zamanlar koronavirusla birlikdə mövsümü xəstəliklər də xeyli yayılıb. Xəstəliklərin ən əsas düşməni isə güclü immunitetdir. Bildiyimiz kimi, immun sistemini gücləndirməyin ən gözəl yolu sağlam qida, çoxlu meyvə və tərəvəz istehlak etməkdir. Ancaq bəzən tərəvəzləri elə üsulla bişiririk ki, qida dəyərini itirir.

Qida üzrə baş mütəxəssis Ağa Salamov Bakıvaxtı.az-a bildirib ki, təzə meyvə və tərəvəzlərin, günəşdən aldığı enerji səbəbiylə qida dəyərləri çox zəngin olur: “Bişirildikdə isə günəşdən aldığı enerjini itirər, həmçinin struktur dəyişikliyə məruz qalaraq su itkisi meydana gələr və minerallara dönüşməyə başlayar. Buna elmi dildə “bişən tərəvəzin torpağa dönməsi” də deyilir. Belə ki, suyunu itirən tərəvəzin həcmi azalır, mineral tərkibi artar. Nəticə etibarilə minerallar vücudda ağır qalıqlar əmələ gətirir və bu qalıqlar əzələlər arasında , toxumalarda, damarlarda toplanaraq onları sərtləşdirir. Bu səbəblə çiy tərəvəzlərdən bol , bişmiş tərəvəzlərdən isə az miqdarda istehlak etmək daha məqsədəyğundur”. Mütəxəssisin sözlərinə görə, çıxış yolu, tərəvəzləri "Blanch" texnologiyası ilə bişirməkdir:

““Blanch” texnologiyası, bişən tərəvəzlərin rəngini, qida dəyərini və görünüşünü qorumaq məqsədi daşıyır. “Blanch“ texnologiyası fransızcada ağartmaq anlamına gəlir,eyni zamanda, fransız dilində məhsulların isti suda möhürlənməsinə də “blanch” deyilir. “Blanch” texnologiyası zamanı tərəvəzlər qaynar suya əlavə olunur və bir az qaldıqda səthləri möhürlənir. Daha sonra tərəvəzlər qaynar suda möhürlənib, əvvəlcədən hazırlanmış buzlu suya qoyulur. Beləliklə, vitamin və mineral itkisinin qarşısı alınır. Bu texnologiya tərəvəzlərin rənginin canlı qalmasını və qida dəyərinin dəyişməməsini təmin edilir. Bir sözlə, tərəvəzin rəngini, vitaminlərini və qida dəyərini qorumaq üçün bu texnologiya vacibdir”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026