• Bakı 9° C

    1.93 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Bakıda təcridxanaya telefon keçirilməsinin qarşısı alınıb

CƏMİYYƏT

26 Mart 2022 | 17:49 | Müəllif: Subhan Mahmudov

Bakıda təcridxanaya telefon keçirilməsinin qarşısı alınıb

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına mobil telefon aparatının keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətdən Bakıvaxtı.az-a verilən xəbərə görə, Cinayət Məcəlləsinin 221.1; 221.2.1; 228.4; 120.2.2 və 120.2.9-cu maddələri ilə təqsirli bilinərək 18 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Amin Rahim oğlu Kazımova tanışı Ağdam rayon sakini Vüsal Rafiq oğlu Məmmədov tərəfindən gətirilmiş sovqata baxış keçirilib.

Yoxlama zamanı, orada olan plasmas antiperspirant qabının içərisində xüsusi üsulla gizlədilmiş, daxilində danışıq kartı olan 1 ədəd "Samsung" markalı mobil telefon aparatı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026