• Bakı 9° C

    3.85 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Operativ Qərargah məlumat yaydı

CƏMİYYƏT

25 Aprel 2022 | 17:32

Operativ Qərargah məlumat yaydı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 6 yeni yoluxma faktı qeydə alınıb, 4 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bakıvaxtı.az-a verilən məlumata görə, ölüm faktı qeydə alınmayıb.

İndiyədək ölkədə ümumilikdə 792 502 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 650 nəfər müalicə olunaraq sağalıb, 9 707 nəfər vəfat edib. 145 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 400, bu günə qədər isə ümumilikdə 6 797 352 test icra olunub.


Operativ Qərargah məlumat yaydı
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR