• Bakı 5° C

    1.1 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Cümə günü saat 17:26-da... - Təhlükəli asteroid XƏBƏRDARLIĞI

CƏMİYYƏT

25 May 2022 | 13:18 | Müəllif: Qalib İbrahimoğlu

Cümə günü saat 17:26-da... - Təhlükəli asteroid XƏBƏRDARLIĞI

Dünyanın ən hündür binası olan Bürc Xəlifədən iki dəfə böyük asteroid Yer kürəsinə doğru irəliləyir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı NASA yayıb.  

7335 (1989 JA) adlı, diametri 1,8 km olan asteroid NASA tərəfindən "potensial təhlükəli" kimi təsnif edilib. Buna baxmayaraq, onun Yer üçün təhlükə yaratması ehtimalı azdır, çünki təxminən 4 milyon kilometr məsafədən keçəcək. Bu məsafə Yerlə Ay arasındakı orta məsafədən təxminən 10 dəfə çoxdur.

Məlumata görə, asteroid cümə günü saat 17:26-da Yerə yaxınlaşacaq (modern.az). Bu anda asteroid Yerdən 0,026 astronomik vahid məsafədə olacaq və təxminən 50.000 km/saat  sürətlə hərəkət edəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026