• Bakı 9° C

    3.85 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Yayın menyusu: Nə yeyək?

CƏMİYYƏT

24 Iyun 2022 | 13:08 | Müəllif: Qalib İbrahimoğlu

Yayın menyusu: Nə yeyək?

Yayda ərzaqlar daha tez xarab olduğundan zəhərlənmələr də çox olur. Bəs bu fəsildə necə qidalanmaq lazımdır ki, zəhərlənmə olmasın?

Dietoloq Ofelya Tahirova Bakıvaxtı.az-a bildirib ki, yay aylarında mütləq maye qəbulunu artırmaq lazımdır: Gün ərzində 2,5- 3 litr arası maye qəbul etmək olar. Bu mövsümdə tərləmə çox olduğu üçün orqanizmdən daha çox maye itkisi olur. Bu səbəbdən, isti yay aylarında insan orqanizmin maye tələbatı artır.

Dietoloq vurğulayıb ki, yay aylarında mövsümi meyvə-tərəvəz və giləmeyvələrə üstünlük vermək lazımdır: “Qida rasionunda ət, toyuq, dəniz məhsulları mütləq olmalıdır. Xüsusilə də həzm sisteminə müsbət təsir edən süd məhsullarından qatıq, pendir, ayran istifadə etmək məsləhətdir”.

O.Tahirova yayda yeyilməməli qidaları da qeyd edib: “İsti yay günlərində qızardılmış qidalardan uzaq durmaq lazımdır. Xüsusilə xəmirdən hazırlanmış, çox yağlı, duzlu yeməklərdən və qazlı, şirəli içkilərdən istifadə etməmək lazımdır”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR