• Bakı 9° C

    3.85 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Yağış yağacaq, külək əsəcək

CƏMİYYƏT

24 Iyul 2022 | 08:37 | Müəllif: Qalib İbrahimoğlu

Yağış yağacaq, külək əsəcək

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 21-24° isti, gündüz 30-32° isti, Bakıda gecə 22-24° isti, gündüz 30-32° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-75 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 21-25° isti, gündüz 30-35° isti, dağlarda gecə 10-15° isti, gündüz 16-20° isti olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR