• Bakı 24° C

    6.84 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

Bu radio 3 saatlıq dayandırılacaq

CƏMİYYƏT

25 Aprel 2022 | 17:40

Bu radio 3 saatlıq dayandırılacaq

25 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikası Audiovizual Şurasının iclası keçirilmişdir. İclasda 15–22 aprel 2022-ci il tarixləri arasında ümumölkə yerüstü radio yayımçılarının proqramlarının monitorinqinin nəticələri müzakirə olunub.

Aidiovizual Şuradan Bakıvaxtı.az-a verilən xəbərə görə, 20 aprel 2022-ci il tarixdə "Azad Azərbaycan" radiosunun efirində saat 19.00- 20.00 aralığında 13 dəqiqə 55 saniyə reklamın yayımlanması ilə "Reklam haqqında" Azərbaycan Respublikasının Qanununun 20.7-ci maddəsinin tələbinin pozulması faktı qeydə alınıb. Bu səbəbdən, "Media haqqında" Azərbaycan Respublikası Qanununun 41.1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Audiovizual Şurası "Azad Azərbaycan" radiosu proqramlarının yayımının 28 aprel 2022-ci il tarixdə saat 21.00-dan 24.00-dək 3 (üç) saatlıq dayandırılması haqqında qərar qəbul edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Sentyabr 2026