• Bakı 7° C

    2.17 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Azərbaycan Novruz bayramını qeyd edir

CƏMİYYƏT

20 Mart 2024 | 00:00 | Müəllif: Qalib İbrahimoğlu

Azərbaycan Novruz bayramını qeyd edir

Bizi bayrama hazırlayan 4 çərşənbəni yola saldıq və artıq Novruz qapımızı döyür.

Bakıvaxtı.az xəbər verir ki, martın 20-21-i Azərbaycanda Novruz bayramıdır.

Qeyd edək ki, fevralın 27-si Su, martın 5-i Od, martın 12-si Yel və nəhayət, martın 19-u İlaxır çərşənbəsi olan Torpaq çərşənbəsi qeyd edilib.

Onu da bildirək ki, Azərbaycana yaz fəsli martın 20-də Bakı vaxtı ilə saat 07:06:21-də daxil olacaq.

Novruz yazın gəlişinin simvolu olan qədim xalq bayramıdır, mənası “Yeni gün”dür.

Novruz Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüz bərabərliyi günündə (martın 20-si, 21-i və ya 22-də) keçirilir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlayıb, bu münasibətlə şənliklər keçirib, onu yeni ilin başlanğıcı kimi bayram ediblər.

Qədim zamanlardan başlayaraq İran, Əfqanıstan, Tacikistan, Özbəkistan və bəzi başqa şərq xalqları ilə yanaşı, Azərbaycan türkləri də baharın - yeni ilin gəlişini şənliklərlə qarşılayırlar.

2009-cu il sentyabrın 30-da Novruz UNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib, 23 fevral 2010-cu ildə isə BMT martın 21-ni “Beynəlxalq Novruz Günü” elan edib.

Azərbaycanda bu bayram böyük təntənə ilə qeyd olunur.

Qeyd edək ki, bu il Azərbaycan Novruzu ərazi bütövlüyünün təmin olunması şəraitində qeyd edir.

Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağ torpağında qalayır. 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, keçən il Talış kəndində, bu dəfə isə Xankəndi şəhərində bayram tonqalı qalanıb.

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026