• Bakı 18° C

    2 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Bakıda saxlanılan narkokuryerdən 5 kiloqram marixuana götürüldü - VİDEO

CƏMİYYƏT

18 Aprel 2024 | 18:20 | Müəllif: Subhan Mahmudov

Bakıda saxlanılan narkokuryerdən 5 kiloqram marixuana götürüldü - VİDEO

Bakı şəhərində polis əməkdaşlarının keçirdikləri növbəti tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan paytaxt sakini Məhəmməd Əliyev saxlanılıb.

DİN-dən Bakıvaxtı.az-a verilən məlumata görə, ondan 5 kiloqrama yaxın tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana və 300 ədəd psixotrop tərkibli metadon həbi aşkarlanıb.

M.Əliyev şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduğunu bildirib.

Onun daxil olduğu narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində tədbirlər davam etdirilir. M.Əliyevin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa polis orqanlarına müraciət edə bilərlər.
 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR