• Bakı 16° C

    6.61 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Azərbaycana yeni peyvəndlər gətiriləcək?

CƏMİYYƏT

06 Noyabr 2021 | 16:07 | Müəllif: Subhan Mahmudov

Azərbaycana yeni peyvəndlər gətiriləcək?

"Hazırda Azərbaycanda 4 istehsalçının vaksini tətbiq olunur: CoronaVac (Çin), AstraZeneca/Vaxzevria (İngiltərə), Biontech/Pfizer (Almaniya/ABŞ) və Sputnik V (Rusiya)".

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Modern.az-ın sorğusuna cavab olaraq, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib.

Qeyd edilib ki, digər ölkələrin istehsalı olan peyvəndlərin ölkəyə gətirilməsilə bağlı müzakirələrin aparılması Nazirlər Kabineti yanında Operativ Qərargahın səlahiyyətindədir.

Rəsmi məlumata görə, bu günə qədər ölkəyə 13 142 040 doza vaksin dərman vasitəsi gətirilib:

"Bu da ümumi alınmış peyvəndlərin 80%-ni təşkil edir. Gələn il üçün COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyasına müvafiq olaraq əlavə 5 000 000 doza vaksinin ölkəyə gətirilməsi nəzərdə tutulur".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026