• Bakı 16° C

    7.55 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Universitet əməkdaşlarının əmək hüquqlarını pozur? - AÇIQLAMA

CƏMİYYƏT

06 Dekabr 2021 | 16:00

Universitet əməkdaşlarının əmək hüquqlarını pozur? - AÇIQLAMA

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) işçilərinin əmək hüquqlarını pozduğu iddia olunur.

Bakıvaxtı.az xəbər verir ki, tibb müəssisəsi tərəfindən analıq məzuniyyətinə çıxması üçün işçiyə verilən xəstəlik vərəqəsini universitetin İnsan resursları şöbəsi qəbul etmir.

Şöbədən bildirilib ki, fakültənin dekanı və nəzarətçisi xəstəxananın verdiyi sənədin üzərinə “etiraz etmirəm” yazıb imzalamalıdır. Əks halda xəstəlik vərəqəsi qəbul edilməyəcək və məzuniyyət verilməyəcək.

Qeyd edək ki, Əmək Məcəlləsinə əsasən hamiləliyə və doğuşa görə məzuniyyətlər nəzərdə tutulur.

“Xəstəxana tərəfindən verilən rəsmi sənədin üzərində hər hansı əlavə qeydin aparılması tələbinin iddia olunması əsassızdır. Bu günə qədər ADPU-da hər bir şəxs qanunvericiliklə hüququ olan bütün məzuniyyət növlərindən istifadə edib və bundan sonra heç bir çətinlik yaradılmayacaqdır”.

Bu barədə isə ADPU-nun mətbuat xidmətindən Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, ali təhsil müəssisəsinin əməkdaşı hər hansı yalnış anlaşılma ilə qarşılaşıbsa, Azərbaycan Dövlət Pedaqoji Universitetin rəhbərliyi lazım olan dəstəyi göstərməyə hər zaman hazırdır.

Ramid İbrahimov 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR