• Bakı 14° C

    2.15 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Azərbaycanda magistral yolda yanğın - YENİLƏNİB

CƏMİYYƏT

31 May 2026 | 21:22 | Müəllif: Əli Hüseynov

Azərbaycanda magistral yolda yanğın - YENİLƏNİB

Hacıqabuldan Bakı istiqamətinə gedən magistral yolun kənarında baş verən yanğın söndürülüb.

Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Qeyd edilib ki, FHN-in yanğından mühafizə qüvvələri tərəfindən qısa müddətdə yanğının qarşısı alınıb.

***

20:48

Hacıqabuldan Bakı istiqamətinə gedən magistral yolun kənarında güclü yanğın başlayıb.

Bakıvaxtı.az bu barədə Baku.ws-ə istinadən xəbər verir.

İlkin məlumatlara görə, yanan ərazi əsasən kol-kos və quru otdan ibarətdir. Güclü külək alovun yayılmasına şərait yaradıb, nəticədə magistral yolu kəskin tüstü dumanı bürüyüb.

Yanğınla əlaqədar yolda avtomobillərin hərəkəti ciddi şəkildə çətinləşib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026