• Bakı 14° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Azərbaycanda qızılca ilə bağlı SON VƏZİYYƏT

CƏMİYYƏT

08 Dekabr 2023 | 11:43

Azərbaycanda qızılca ilə bağlı SON VƏZİYYƏT

Azərbaycanda qızılca ilə bağlı hazırda vəziyyət stabildir.

Bakıvaxtı.az xəbər verir ki, bunu TƏBİB İdarə Heyətinin sədri Vüqar Qurbanov deyib.

Onun sözlərinə görə, qızılcaya yoluxma halları ilə bağlı tibb müəssisələrinə vətəndaş müraciətləri var:

"Vətəndaşların müraciətlərinə əsasən infeksion və yoluxdurucu şöbələrimiz tam hazır vəziyyətdədir. Həm ambulator, həm də stasionar müraciətlər edilir. Xəstələrin vəziyyəti dəyərləndirilir və ehtiyac olduğu halda stasionar müalicə üçün yerləşdirilir. Digərləri isə ambulator olaraq evdə həkim nəzarəti altında saxlanılır".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026