Bərdədə məcburi köçkünlərin məskunlaşdığı binada yanğın olub.
Bu barədə Bakıvaxtı.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Bərdə şəhərində ümumi sahəsi 1122 m² (hər mərtəbəsi 561 m², bir hissəsində məcburi köçkünlər məskunlaşıb, digər hissəsi fəaliyyət göstərmir) olan ikimərtəbəli binanın 1-ci mərtəbəsinin yanar konstruksiyaları 253 m² sahədə və dam örtüyü 361 m² sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
12:16
Bərdə şəhəri Cəlil Məmmədquluzadə küçəsində yerləşən qocalar evində güclü yanğın baş verib.
Bakıvaxtı.az xəbər verir ki, hadisənin səhər saatlarında elektrik naqillərində baş verən qısa qapanmadan olduğu ehtimal edilir. Qocalar evi bir müddətdir ki, fəaliyyətini dayandırıb. Bina da uzun müddətdir ki, 3 Ağdam rayon məcburi köçkün ailəsi məskunlaşıb. Hadisə zaman xoşbəxtlikdən xəsarət alan olmayıb.
Hadisə yerinə FHN-nin Bərdə və Tərtər rayonlarının yanğından mühafizə hissəsinin 4 ədəd yanğınsöndürən maşını və 30 yaxın canlı qüvvəsi cəlb edilib, alov yanğınsöndürənlər tərəfindən tam söndürülüb. Təhlükəsizlik tədbirlərini həyata keçirmək üçün Bərdə rayon polis şöbəsinin 50 yaxın canlı qüvvəsi ərizəyə cəlb edilib. Hadisənin baş vermə səbəbi hüquq mühafizə orqanları tərəfindən aparılır. /Unikal


























