• Bakı 14° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Azərbaycandan Türkiyədəki seçkilər necə görünür? - AÇIQLAMA

SİYASƏT

15 May 2023 | 13:47

Azərbaycandan Türkiyədəki seçkilər necə görünür? - AÇIQLAMA

Türkiyə tarixi 14 may seçkilərini geridə qoydu.

Seçicilər qərar verdikdən sonra bütün gözlər seçki qutularında idi.

Türkiyə vaxtı ilə saat 17.00-da başa çatan səsvermə prosesindən sonra səslərin hesablanmasına başlanılıb.

Türkiyə Mərkəzi Seçki Komissiyasından bildirilib ki, seçki qutularının 100 faizi açılıb. Son məlumata görə, Rəcəb Tayyib Ərdoğan 49,24 faiz, Kamal Kılıçdaroğlu 45.06 faiz, Sinan Oğan isə 5,28 faiz səs toplayıb.

Türkiyədəki seçkini dəyərləndirən politolioq Telman Nüsrətoğlu Bakıvaxtı.az-a bildirib ki, bu seçkilər Avrasiya və dünya siyasəti baxımından əhəmiyyətli seçkilər idi. Dünyanın bir neçə paytaxtından bu seçki prosesi izlənilirdi.  

“Türkiyə Avrasiyanın kritik ölkəsidir. Dünya nizamı, daxili və xarici siyasəti baxımından Türkiyənin siyasətinin necə olacağı çox önəmli məsələdir. Türkiyə tarixi sınaqdan keçdi. Dünyaya azad və rəqabətli seçkinin necə olacağını göstərdi”, - deyə T.Nüsrətoğlu bildirib.

O qeyd edib ki,  ikinci turun olacağı ehtimalı böyükdür və bu turda Ərdoğan daha çox səs çoxluğu ilə qalib gələcək: “Bu ana olan məlumata görə, seçkilərin nəticəsi 20 ildən artıq müddətdə hakimiyyətdə olan Ərdoğan və Cümhur ittifaqının uğurudur. Ərdoğan xeyli problemlərin reallığı çərçivəsində parlamentdə böyük səs çoxluğunu qazandır. İkinci tur keçiriləcəkə, səs çoxluğu üstünlüyü də cənab Ərdoğandadır. Prezidentliyə digər namizəd olan Kılıçdaroğlu daxili və xarici qüvvələrin dəstəyi ilə bütün gücünü səfərbər etsə də, Ərdoğanla onun arasında 3 milyon səs fərqi var. Kılıçdaroğlunun namizəd olduğu Millət İttifaqı parlamentdə də istədiyi yeri ala bilmədi”.

Politoloqun sözlərinə görə. prezidentliyə digər namizəd olan Sinan Oğanın seçkilərdəki nəticəsi siyasi gələcəyi və Türkiyə siyasətinin yeni siyasi sima olaraq qiymətləndirilməsi baxmından önəmlidir: “Milliyyətçi camiyəyə liderlik prespektivi baxmınından da Sinan Oğanın fərqini qeyd edə bilərik. İkinci turda onun tərəfdarları cənab Ərdoğana səs verəcəyi ehtimalı var. Onun Cümhur İttifaqı ilə hərəkət edəcəyi gözlənilir.   

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026