• Bakı 13° C

    7.14 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Deputat beynəlxalq tədbirdə erməni yalanının qarşısını aldı

SİYASƏT

14 Iyun 2023 | 10:34 | Müəllif: Qalib İbrahimoğlu

Deputat beynəlxalq tədbirdə erməni yalanının qarşısını aldı

Mərakeş Krallığının Mərakeş şəhərində BMT-nin Sivilizasiyalar Alyansının və Məhəmmədiyyə Din Alimləri Liqasının dəstəyi ilə Mərakeş parlamenti və Parlamentlərarası İttifaq tərəfindən “Ortaq gələcəyimiz naminə birgə iş” mövzusunda konfrans təşkil olunub. 

Bakıvaxtı.az-ın məlumatına görə, konfransda Ermənistanın nümayəndə heyəti öz “ənənələrinə” sadiq qalaraq Azərbaycanı Ermənistana qarşı aqressiyada günahlandırıb, həyasızcasına beynəlxalq məhkəmələrin Azərbaycanla bağlı qətnamə qəbul etməməsindən şikayətlənib.

Ermənistan nümayəndə heyətinin çıxışından sonra Milli Məclisin deputatı Ceyhun Məmmədov söz alaraq Ermənistanın 30 il torpaqlarımızı işğalda saxladığını, 67 məscidimizi barbarcasına dağıtdığını, təkcə müsəlmanlara məxsus abidələri deyil, kilsələri də dağıtdığını bildirib. C.Məmmədov Azərbaycanın sülh istədiyini, Ermənistanın isə ölkəmizə düşmənçiliyi davam etdirdiyini vurğulayıb.

Beləliklə, daha bir beynəlxalq mötəbər tədbirdə erməni yalanının qarşısı qətiyyətlə alınıb. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR