• Bakı 7° C

    2.08 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Azərbaycanlı miqrantlar Rusiyanı TƏRK EDİR

CƏMİYYƏT

01 Fevral 2024 | 12:19

Azərbaycanlı miqrantlar Rusiyanı TƏRK EDİR

Sankt-Peterburqda və Leninqrad vilayətində miqrasiya xidməti miqrantların kütləvi geri axınını qeydə alıb.

Bakıvaxtı.az xəbər verir ki, əsasən, Azərbaycan, Moldova, Tacikistan və Özbəkistandan olan miqrantların Rusiyanı tərk edərək vətənlərinə geri qayıtdıqları bildirilib.

Daxili İşlər Nazirliyinin Baş İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, il ərzində regionda əcnəbilərin sayı 12 min nəfər azalıb.

Sosiologiya elmləri namizədi Yuliya Bayer 78.ru-ya bildirib ki, miqrantların Rusiyanı tərk etmələri üçün iki səbəb ola bilər. Bunlar rublun məzənnəsinin zəifləməsi və səfərbərlik nəticəsində müharibəyə cəlb olunmaq qorxusudur ki, bu da əcnəbilərin Rusiyada qalmasının onlar üçün sərfəli olmadığını göstərir./APA


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026