• Bakı 22° C

    7.19 m/s

  • USD - 1.7

    EUR - 1.9286

    RUB - 2.2033

Azərkosmos peyk xidmətlərini Botsvanada təqdim edəcək

CƏMİYYƏT

08 Avqust 2024 | 16:41

Azərkosmos peyk xidmətlərini Botsvanada təqdim edəcək

Azərkosmos Cənubi Afrikada yerləşən Botsvana dövlətinin Mülki Aviasiya İdarəsi ilə əməkdaşlığa başlayıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Bakıvaxtı.az-a bildirilib ki, sözügedən dövlət qurumu ilə imzalanmış uzunmüddətli tərəfdaşlıq müqaviləsi sayəsində Botsvanada “Azerspace-1” peykinin yerüstü rabitə və data xidmətləri təqdim olunacaq.

    Qeyd edək ki, “Azerspace-1” peykinin C yayım zolağının Afrika şüası üzrə Botsvanaya peyk data xidmətinin verilməsi ilk dəfə olaraq həyata keçirilir.

    Azərkosmos təkcə Cənubi Afrikada yerləşən 13 dövlətdən 6-na peyk xidmətləri təqdim edir. Botsvana ilə qurulmuş bu əməkdaşlıq Cənubi Afrika ölkələrində həyata keçirilən irihəcmli data layihələrində “Azerspace” peyklərinin xidmətlərinin istifadəsini genişləndirəcək.


    SON XƏBƏRLƏR

    31 May 2025