• Bakı 13° C

    6.45 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

"Azərreyl" klubu Avropa Kubokunda iştirak edəcək

İDMAN

01 Oktyabr 2024 | 12:12

"Azərreyl" klubu Avropa Kubokunda iştirak edəcək

"Azərreyl" klubu çimərlik voleybolu üzrə qadınlar və kişilər arasında keçiriləcək Avropa Kubokunda iştirak edəcək.

Azərbaycan Voleybol Federasiyasından Bakıvaxtı.az-a verilən məlumata görə, qaydalara əsasən, hər yarış iştirakçısı 2 komanda və minimum 4, maksimum 6 oyunçu ilə təmsil oluna bilər.

Qrup birinciləri birbaşa yarımfinala yüksələcək. İkinci və üçüncü yerin sahibləri isə öz aralarında (A2-B3, A3-B2) daha bir oyun keçirəcəklər.

2023-cü ildə ilk dəfə Türkiyədə keçirilən Avropa Kubokunda ölkəmizi təmsil edən “Murov Az Terminal” klubunun kişi komandası çempion olub.

Qeyd edək ki, oktyabrın 10-dan 13-nə qədər keçiriləcək Avropa Kubokuna Fransanın Monpelye şəhəri ev sahibliyi edəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026