• Bakı 26° C

    5.51 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

“Azneft” İB-nin Dərin Dəniz Özülündə yanğın olub - Ölən var

HADİSƏ

02 Sentyabr 2024 | 22:50 | Müəllif: Subhan Mahmudov

“Azneft” İB-nin Dərin Dəniz Özülündə yanğın olub - Ölən var

Bu gün “Azneft” İstehsalat Birliyinin “28 May” NQÇİ-nin 4 saylı Dərin Dəniz Özülündə yanğın qeydə alınıb. 

“Azneft” İB-dən Bakıvaxtı.az-a bildirilib ki, hadisə yerinə dərhal yanğınsöndürən gəmilər cəlb edilib, qısa müddətdə alovun genişlənməsinin qarşısı alınıb və yanğın tam söndürülüb. 

Hadisə nəticəsində 1960-cı il təvəllüdlü, “Azneft” İB-nin 1 saylı  İxtisaslaşdırılmış Neft-Mədən xüsusi texnika İdarəsinin əməkdaşı İslamov Rafiq İsa oğlu həyatını itirib. 

Hazırda hadisənin şəraiti qiymətləndirilərək aidiyyəti üzrə müvafiq tədbirlər görülür.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Sentyabr 2026