• Bakı 12° C

    5.32 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Qoşqar Əliyev dərmandan şoka düşərək ölüb - YENİLƏNİB

HADİSƏ

02 Oktyabr 2024 | 15:58

Qoşqar Əliyev dərmandan şoka düşərək ölüb - YENİLƏNİB

TƏBİB dərmandan şoka düşərək ölən Şəmkir sakini barədə məlumat yayıb.

Bakıvaxtı.az xəbər verir ki, "Report"un sorğusuna cavab olaraq qurumdan bildirilib ki, sentybarın 30-u, saat 20:30 radələrində 1984-cü il təvəllüdlü kişi halsızlıq, yüksək hərarət səbəbilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım bölməsinə hospitalizasiya olunub.

Qeyd edilib ki, vəziyyəti ağır qiymətləndirilən şəxsə bütün zəruri reanimasion tədbirlərin göstərilməsinə baxmayaraq saat 21:50-də ölüm faktı qeydə alınıb.

***

09:42

Şəmkir şəhər sakini dərmandan şoka düşərək ölüb.

Bakıvaxtı.az xəbər verir ki, Şəmkir şəhər sakini, 1984-cü il təvəllüdlü Qoşqar Əliyev sentyabrn 30-u saat 21:00 radələrində xəstəxanaya müraciət edib və ona verilən dərmanın şokundan ölüb.

Rayon prokurorluğu faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026