• Bakı 19° C

    0.8 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Azyaşlı məktəblilərə verilən “işgəncə” - VİDEO 

CƏMİYYƏT

24 Yanvar 2022 | 10:35

Azyaşlı məktəblilərə verilən “işgəncə” - VİDEO

Valideyn məktəbli çantalarının ağırlığından narazıdır.

Bildirilib ki, kitablar, test tapşırıqlarının çox olması çantanın ağırlığına səbəb olur ki, bu da uşaqların onurğa sütununda deformasiyaların artması ilə nəticələnir.

Bakıvaxtı.az xəbər verir ki, vətəndaş Zamin Mürsəlov övladının məktəbli çantası ilə bağlı maraqlı eksperiment edib.

Məlum olub, azyaşlı məkltəblinin hər səhər məktəbə daşıdığı çantanın çəkisi 7 kiloqramdır.  

Çantaların ağırlığının səbəbi hər fənn üzrə kitab və dəftərdən başqa, əlavə dərs ləvazimatlarının da daşınmasıdır. Şagird özü ilə hər fənn üzrə bir kitab, bir dəftər, bir test kitabı, bir iş dəftəri götürməlidir. Bunların hamısını yığdıqda çanta çox ağır olur.

Şagirdlərin çantalarının ağır olmasına gündəlik dərs yükünün çox olması ilə yanaşı dərsliklərin çəkisinin ağır olması, ev tapşırıqlarının çox verilməsi buna öz təsirini göstərir.

Ramid İbrahimov

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR