• Bakı 12° C

    1.53 m/s

  • USD - 1.7

    EUR - 1.9148

    RUB - 2.0782

Bağçalara elektron qaydada qəbul başlayır

CƏMİYYƏT

20 Iyun 2022 | 12:12 | Müəllif: Qalib İbrahimoğlu

Bağçalara elektron qaydada qəbul başlayır

İyulda məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qaydada qəbuluna start veriləcək.

Bu barədə Bakıvaxtı.az-a Təhsil Nazirliyindən bildirilib.

Verilən xəbərə görə, məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu sistemində qeydiyyat üçün uşağın şəxsiyyət vəsiqəsi tələb olunacaq. Bu baxımdan valideynlərə qeydiyyat prosesi başlayanadək uşaqları üçün şəxsiyyət vəsiqəsi əldə etmələri tövsiyə edilir.

Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrinə qəbulla bağlı yeni yaradılan elektron sistemdən istifadəyə dair təlimat yaxın vaxtlarda ictimaiyyətə təqdim olunacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Noyabr 2026