Səhərlər bir az limon şirəsi əlavə edilmiş bir stəkan ilıq su qəbul etmək immun sistemini gücləndirmək üçün gözəl vasitədir.
Bakıvaxtı.az-ın məlumatına görə, bu fikirdə olan dietoloqlara görə, bu qarışım çəkinin azalması, kaliumun əldə edilməsi, düzgün həzm, böyrək daşlarının qarşısının alınması, dərinin vəziyyətinin yaxşılaşdırılmasına müsbət təsir göstərir. Limon həm də bədənə enerji verir.
Limon həm də arıqlamaq üçün unikal meyvə hesab olunur. Belə ki, C vitamini və antioksidantlarla zəngin olan limon bədəni detoksikasiya etməyə kömək edən sidikqovucu təsirə malikdir.
Dietoloqlar günə qəhvə ilə başlamaq əvəzinə, bir neçə qurtum limonlu ilıq su içməyi daha məsləhətli sayırlar. Bildirirlər ki, limon şirəsində olan minerallar və vitaminlər həzm sistemini ideal vəziyyətdə saxlayır.
Əla kalium mənbəyi olan limonlu ilıq su mineral ürək sağlamlığını qorumağa, əzələləri inkişaf etdirməyə və karbohidratları parçalamağa kömək edir. Həmçinin limon suyu ilə içilən suyun miqdarı böyrək daşlarını əmələ gətirən mikro komponentlərin yuyulmasına kömək edir.
Limon antioksidant maddələrin mənbəyi olduğu üçün dərini təravətləndirir və ən əsası, immun sisteminin gücləndirir.
Aytac Aslan
















